ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, layihənin reallaşdırılması üçün Bolqarıstan hökuməti əngəl törədir. "Bolqarıstan suveren dövlət kimi hərəkət etmək iqtidarında deyil. Əgər Avropa İttifaqı layihənin reallaşdırılmasını istəmirsə, deməli layihə reallaşdırılmayacaq. Rusiya bu layihə yüzlərlə milyon dollar sərmayə yatırıb, sonra isə Bolqarıstan sərhədində dayana bilməz. Avropa Komissiyasının hərəkətləri qeyri-konstruktivdir”, - deyə V. Putin qeyd edib.
Rusiya prezidenti Bolqarıstan hökumətinə Avropa Komissiyasından təzminat almağı da təklif edib: "Bilirsiniz ki, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəkdi. Deməli, Bolqarıstan Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan pula vəsaitə görə təzminat almalıdır”. Layihənin dayandırılması artıq "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller də təsdiqləyib: "Layihə artıq aktual deyil. Mövzu qapanıb”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !