Rusiya nüvə ilə hədələdi - Lavrovdan açıqlama

23:59 | 15.12.2014
Rusiya nüvə ilə hədələdi - Lavrovdan açıqlama

Rusiya nüvə ilə hədələdi - Lavrovdan açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov Krımla bağlı açıqlama verib

Krımda Rusiya ordusuna məxsus nüvə silahlarının yerləşdirilməsi məsələsi nəzərdən keçirilir.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqlara görə, Krım heç vaxt "nüvəsiz zona" hesab edilməyib.

"İndi Krım nüvə silahına malik olan Rusiyanın tərkib hissəsidir. Və Rusiya beynəlxalq hüquq normalarına uyğun olaraq özünün leqitim nüvə arsenalını genişləndirmək hüququ var". deyə Lavrov bildirib.

Qeyd edək ki, bu ilin mart ayında Krımda referendum keçirilmişdi. Nəticəyə görə, əhalinin 96,77% Krımın Rusiyanın tərkibinə qatılmasını dəstəkləmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM