"Moskva-Tehran-Ankara arasında üçbucağın yaranması qeyri-realdır”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.
O, Rusiyada son günlər vəziyyətin xeyli gərginləşdiyini bildirib:
"Rusiya bu dəqiqə öz hayındadır. Üçbucağı o ölkə yarada bilər ki, güclü olsun. Bu dəqiqə neftin qiymətinin düşməsi Rusiyanın nə qədər zəif olduğunu bütün dünyaya göstərir. Rusiya panikadadır və əhalinin vəziyyəti gərginləşib. Sosial şəbəkələrdə artıq "biz Krım istəmirik, biz yemək istəyirik” yazıları paylaşılır. Səbəb isə insanların maaşının mağazalarda ərzaq almağa çatmamasıdır. Bu cür ölkəyə başçılıq edib hansı üçbucağı yaratmaq olar? Amerika da bu yandan bəyan edir ki, Vaşinqton heç bir zaman kənar ölkələrdə öz qoşunlarından istifadə etməyəcək. Bu da onun qüdrətindən xəbər verir. Yəni Amerika dünyanın istədiyi regionunda başqalarından istifadə edə bilər. Üstəlik, bu dəqiqə İran Qərbin sanksiyalarının altından çıxmağa can atır. Türkiyənin özündə daxili problemlər, ziddiyyətlər elə artıb ki, artıq burada nə olacağı bəlli deyil. Ona görə bu cürə ittifaqın yaranması boş söhbətdir və politoloqlar özləri üçün mövzu axtarırlar ki, çökən Rusiyanı makiyaj edib güclü dövlət kimi göstərsinlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !