Rusiya prezidenti Putin Soçi şəhərinə baş çəkib VIDEO

18:00 | 05.01.2014
Rusiya prezidenti Putin Soçi şəhərinə baş çəkib VIDEO

Rusiya prezidenti Putin Soçi şəhərinə baş çəkib VIDEO

2014-cü il Qış Olimpiya oyunları ərəfəsində Rusiya prezidenti Vladimir Putin böyük idman hadisəsinə ev sahibliyi edəcək Soçi şəhərinə baş çəkib. Rusiya lideri olimpiyadanın gedişinə kömək olacaq könüllülərlə görüşüb, ulduzların hokkey matçında iştirak edib. 

Ölkəyə qonaq gəlmiş Belarusiya prezidenti Aleksandr Lukaşenkonun komandasına qarşı buz üstündə şayba qovmuş Putin simvolik matçdan sonra olimpiya oyunlarının keçiriləcəyi komplekslərlə tanış olub.

Prezident həmçinin Soçi oyunlarının rəsmi geyimləri ilə tanış olaraq, öz əynində baxışdan keçirib. Bundan əvvəl çərşənbə günü Putin, ardıcıl 2 intihar partlayışının 34 nəfərin həyatına son qoyduğu Volqoqrad şəhərində olmuşdu. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb