Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib

17:17 | 19.11.2024
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib

Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib

Rusiya Silahlı Qüvvələri Kiyevin nəzarətində olan Zaporojye şəhərində enerji infrastrukturuna pilotsuz uçan aparatlardan zərbələr endirib, 16 min insan işıqsız qalıb.Bunu Rusiya Vətəndaş Palatasının suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək üzrə komissiyasının sədri Vladimir Roqov TASS-a bildirib.

"Təxminən 10 pilotsuz təyyarəmiz birbaşa Zaporojye şəhərinin enerji infrastrukturu obyektlərinə zərbələr endirib. Nəticədə hazırda 16 min istehlakçı elektriksiz qalıb ki, onların da maksimum sayı 18 mindir"

O bildirib ki, Rusiya Silahlı Qüvvələri hücumu gecə həyata keçirib.
 
Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə raketləri şəhərin bir neçə ərazisinə düşüb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM