Rusiya qərbin ikili standartları ilə müharibə aparır - Pyotr Tolstoy

12:50 | 22.02.2024
Rusiya qərbin ikili standartları ilə müharibə aparır - Pyotr Tolstoy

Rusiya qərbin ikili standartları ilə müharibə aparır - Pyotr Tolstoy

Hazırda Rusiya qərbin ikili standartları ilə müharibə aparır. Bunu Rusiya Federal Məclisin Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

"Bu sessiyada Türkiyə nümayəndəsi Rusiyanı qərblə müharibə riski ilə günahlandırdı. Bu belə deyil. Xahiş edəcəm bu məsələlərdə diqqətli olsunlar. Rusiya yalanla və qərbin ikili standartları ilə müharibə aparır. Biz təhlükəsizliyimizi təmin edirik. 1945-ci il  Berlində, elə də indi də Kievdə təmin edəcəyik. Qərbin nizamını tanımayacayıq. Bu hüququ onlara kim verib? Qətnamələrə diqqət etsinlər. Hamını bu qaydalar əməl etməyə çağırırıq"-, Tolstoy fevralın 22-də Asiya Parlament Asambleyasının 14-cü plenar sessiyasında deyib.
 
Türkiyə Böyük Milli Məclisinin sədri Numan Kurtulmuş Rusiya nümayənədəsinə cavab olaraq bildirib ki, onun çıxışı səhv tərcümə ilə çatdırılıb.

"Mən bildirdim ki, Rusiya ilə Ukrayna arasında baş verən müharibə qərblə müharibə potensialı yarada bilər. Bu müharibə hər iki tərəf üçün başa düşülən nəticə ilə bitməlidir. Hər zaman diplomatiya masası açıq olmalıdır",- Kurtulmuş vurğulayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM