“Yuri Dolqoruki” sualtı qayığına yerləşdirilmiş qitələrarası ballistik “Bulava” raketinin buraxılması oktyabrın sonlarında nəzərdə tutulub, lakin Aralıq dənizi rayonunda havanın pisləşməsilə sınaq tarixi dəyişdirilə bilər.
Axar.az RİA Novosti-yə istinadən bildirir ki, Rusiya Müdafiə Sənayesi Kompleksindən sınağın keçirilməsilə bağlı açıqlama versələr də, dəqiq tarix söyləməkdən yayınıblar.
“Hər şey bir çox xarici faktorlardan – havadan, dənizdəki durumdan asılıdır. Sualtı qayıq verilən tapşırıqları yerinə yetirə bilər, lakin atışlar məhz həmin gün baş tutmaya bilər”, - məlumatda qeyd olunub.
Rusiya Hərbi Dəniz Donanmasının (HDD) başçısı Viktor Çikov bildirib ki, “Bulava” raketinin atışları oktyabr-noyabr aylarında “Borey” layihəsinin iki sualtı atom qayığı ilə həyata keçiriləcək.
Qeyd edək ki, “Bulava” sualtı qayıqlarda yerləşdirilmiş yeni üçpilləli raketdir. Hazırda Rusiya HDD tərkibində 955 “Borey” layihəsinin iki sualtı qayığı var: “Yuri Dolqoruki” və “Aleksandr Nevski”. 2020-ci ilədək bu sinifdən olan daha səkkiz sualtı qayığın hazırlanması planlaşdırılır.
ANN.Az