Rusiya Müdafiə Nazirliyi ölkənin hərbi təyyarələrini ölkənin qərb sərhədində havaya qaldırıb. ANS PRESS-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi təyyarələrin sərhəd bölgəsi üzərində havada dövrə vurduğu məlumatını yayıb. Təyyarələr qərb sərhədində hər hansı hərəkətlilik yaşanarsa hərəkətə keçməyə hazır dayanıb. Qeyd edək ki, Krımda Krım Ali Sovetinin və Nazirlər Şurasının naməlum şəxslər tərəfindən ələ keçirilən binaların üzərindən Rusiya bayrağı asılıb. Binaları zəbt edən qrupun adından açıqlama verənlər Krımın gələcəyi naminə referendum keçirilməsini tələb edirlər. Məlumata görə, mətbuat nümayəndələri binaya yaxınlaşan zaman atəş açılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !