Erməni paradına rusiyalı general rəhbərlik edir.
Ermənistanın paytaxtında yerləşdirilən Erebuni Rusiya aviabazasının təyyarəçiləri Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş paradda iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Cənubi hərbi əyalətin mətbuat xidmətindən bildiriblər.
"Dördüncü nəsil müasir cəbhə qırıcıları Miq-29 ilk dəfə hərbi qayda ilə İrəvanın Qələbə parkı üzərindən uçacaq. Bununla yanaşı, 200 Rusiya hərbçisi şəhərin mərkəzində təntənəli yürüş edəcək”, - əyalətdən bildiriblər.
Bundan başqa, Gümrü şəhərində 800-dən çox hərbçi və 200-ə yaxın hərbi texnika Qələbənin yubileyinə həsr edilmiş paradda iştirak edəcək.
Gümrü və İrəvanda hərbi texnika kolonlarının, qırıcıların uçuşları ilə paradların məşqləri 5 və 7 mayda Ermənistanda yerləşən Rusiya hərbi bazasının komandiri general-mayor Vladimir Ustinovun başçılığı altında keçəcək.
Qeyd edək ki, Ermənistanın özünün qırıcı aviasiyası yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !