ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Litva XİN rəhbəri Linas Linkyaviçus bildirib.
"Rusiyanın Abxaziyada etdiklərini nəzərə alsaq, onun Krım ssenarisi üzrə getdiyinin şahidi oluruq. Ola bilsin, digər alətlərdən istifadə olunsun, lakin nəticə eyni olacaq – Gürcüstan ərazisinin qanunsuz şəkildə birləşdirilməsi. Bu isə Gürcüstanın NATO-ya üzvlüyü üçün əlavə maneələr yaradır” - deyə Linkyaviçus bəyan edib. Litva XİN rəhbəri bütün problemlərə baxmayaraq Gürcüstanın NATO-ya tamhüquqlu üzv olacağına ümid etdiyini bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !