Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq məqsədilə aparılan danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib.
"Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi barədə Rusiyanın təklifi qüvvədə qalır", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı jurnakistlərin suallarına cavab verərkən bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Ermənistan tərəfinin Rusiyanın təklifləri əsasında sülh müqaviləsi bağlamağa hazır olması barədə bəyanatını şərh edərkən Zaxarova bildirib ki, "rəsmi İrəvanın eyni məsələ ilə bağlı müxtəlf mövqelər nümayiş etdirdiyi şəraitdə Ermənistanın mövqeyini qiymətləndirmək çətindir".
"Paşinyan mətbuat konfransı zamanı i Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi münaqişənin hansısa "hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb", - Zaxarovanın cavabında deyib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin dekabrın 23-də Moskvada sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin erməni tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv edib.
"Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər aktual məsələlərinin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane olub", - Zaxarova bildirib.
O əlavə edib ki, müəyyən edilmiş problemlərin həlli üçün birgə işi davam etdirmək lazımdır.
"Əgər Ermənistandan olan tərəfdaşlar həqiqətən də üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli icrasında maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə birgə işi davam etdirmək lazımdır”, - XİN nümayəndəsi bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !