Rusiya rəsmisindən ABŞ-a xəbərdarlıq

13:20 | 08.09.2015
Rusiya rəsmisindən ABŞ-a xəbərdarlıq

Rusiya rəsmisindən ABŞ-a xəbərdarlıq

Rusiya Güləş Federasiyasının prezidenti xəbərdarlıq edir ki, Birləşmiş Ştatlarda gələcək çempionatların keçirilməsi qadağan oluna bilər. Mikhail Mamiashvili-yə bu həftə Las Veqasda keçirilən dünya çempionatına viza verilməyib.

"İnanıram ki, Ümumdünya Güləş Təşkilatı Birləşmiş Ştatların gələcəkdə hər hansı tədbirə ev sahibliyi etməsinə qadağa qoyacaq,” dünya güləş təşkilatının vitse-prezidenti olan Mamiashvili sentyabrın 7-də TASS agentliyinə deyib.

Mamiashvili Rusiya prezidenti Vladimir Putin-in dostudur. Las Veqasda keçirilən çempionatlar gələn ilin Rio de Janeyro Olimpiadası üçün əsas təsnifat turniri sayılır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatları siyasəti idmana qatmaqda ittiham edib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti