Çərşənbə günü səhər Moskva birjasının açılış sesisiyasında rublun dollar və avroya qarşı məzənnəsi son günlər ərzində müşahidə edilən artım trendini davam etdirib.
Bakı vaxtı ilə səhər saat 11-də dolların rubla qarşı məzənnəsi dünənki günə nisbətən bir qədər də enərək 62,20 rubla bərabər olub, avronun məzənnəsi isə 70,90 rubla enib.
Təhlilçilər ötən günlər ərzində rublun dolar və avroya qarşı möhkəmlənməsini dünya bazarlarında neftin bahalaşması və Rusiya fond birjasında yüksəliş trendi ilə əlaqələndirirlər, baxmayaraq ki, çərşənbə günü səhər Brent markalı neftin bir qədər ucuzlaşması qeydə alınıb.
Fevralın 18-də səhər alqı-satqı əməliyyatlarında Brent markalı neftin 1 barrelinin qiyməti 62,1 dollar təşkil edib.
BBC Azeri
Bizi sosial şəbəkələrdə izləyin !