"Kreml Avropa İttifaqının Rusiya qarşı sanskiyaların müddətinin uzadılması qərarına mütləq cavab verəcək”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Sanksiya mübadiləsində prinsip qarşılıqlıdır. Bu bizim yanaşmamızın əsasıdır",- deyə Kremlin mətbuat katibi Avropa İttifaqı nazirlər şurasının anti-Rusiya sanksiyalarının müddətinin daha 6 ay uzadılması ilə bağlı qərarını şərh edərkən qeyd edib.
D. Peskov bildirib ki, Moskva sanksiyaların təşəbbüskarı olmayıb: "Moskva Avropa İttifaqının sanksiyalarını əsassız və qeyri-qanuni hesab edir. Bu sanksiyalar təkcə Rusiyada iqtisadi fəaliyyətin iştirakçılarının maraqlarına deyil, həm də Avropada vergi ödəyicilərinin maraqlarına təsir göstərir".
Qeyd edək ki, bu gün Avropa İttifaqının nazirlər şurası Rusiyaya qarşı sanksiyaların müddətinin daha 6 ay müddətinə uzadılması haqqında qərar qəbul edib. Qərarda sanksiyaların Rusiyanın Minsk anlaşmalarını yerinə yetirməyənədək qüvvədə qalacağı qeyd edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !