Rusiya hələ də Ermənistanı öz müttəfiqi hesab edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Onlar Ermənistanı sürətlə Rusiya Federasiyasından qoparmaq istəyirlər. Ermənistan Avrasiya İqtisadi təşkilatından ən çox faydalanır, bu ölkənin iqtisadiyyatının 35%-i bizimlə bağlıdır. Orada Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafındakı rolunu anlayanlar var”, Lavrov bildirib.
Lavrov əlavə edib ki, o, "Rusiya Federasiyası ilə Ermənistan arasında ən yüksək səviyyədə, Qərbin bədxahlarının arqumentləri olmadan vəziyyətin müzakirəsi üçün təmaslara ümid edir”.
Lavrov həmçinin söyləyib ki, Ermənistanın baş naziri parlamentdə "bizim Rusiya ilə münasibətlərimiz çətin günlərini yaşayır. Amma bu ökə bizim suverenliyimiz, iqtisadiyyatımız və gələcəyimiz üçün az vacib deyil. Biz Rusiya ilə münasibətlərdə olan nə yaxşı varsa ona önm veririk deyə bildirib. Biz bu sözlərin vacibliyini anlayırıq".
Ermənistan hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öz ərazisində "məsuliyyət sahəsini özü müəyyən edə bilməz”, - Lavrov deyib.
Bununla əlaqədar olaraq, nazir KTMT-nin öz məsuliyyət sahəsini müəyyənləşdirməsi barədə danışmazdan əvvəl "Ermənistanın sərhədlərinin delimitasiyasının, delimitasiyasının başa çatdırılmasının” zəruriliyini qeyd edib.
Rusiya ilə Ermənistann münasibətləri Nikol Paşinyan ölkə rəhbərliyinə gələndən sonra zəifləyib. Paşinyanın qərbyönlü siyasət yürütməsi rəsmi Moskvanı qəzəbləndirir. Rusiya rəsmiləri bir neçə dəfə çıxışlarında bunu qeyd ediblər.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !