Rusiya səfiri: "Biz Azərbaycanı daha yaxşı tanımalıyıq"

09:48 | 10.02.2016
Rusiya səfiri:

Rusiya səfiri: "Biz Azərbaycanı daha yaxşı tanımalıyıq"

 "Mən Azərbaycana səfir kimi işləməyə gedəndə bu respublika haqqında çap məhsullarına nəzər yetirdim. Müəyyən etdim ki, Azərbaycanın 14 illik müstəqilliyi dövründə Rusiyada bu ölkə haqqında cəmi bir kitab nəşr olunub".

"Report" xəbər verir ki, bunu "Komsomolskaya Pravda" nəşrinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Aydın olması üçün misal gətirəcəyəm: 1991-ci ildə məni müşavir-elçi vəzifəsi üçün Macarıstana ezam etdilər. Həmin vaxt Rusiya səfirliyində 51 diplomat işləyirdi, onlardan 48-i macarca danışa bilirdi", - deyə Doroxin əlavə edib.

Səfir qeyd edib ki, "bu gün Rusiyanın Azərbaycandakı səfirliyində 18 diplomat işləyir və Azərbaycan istiqamətində iş üçün peşəkarcasına hazırlaşa bilən, yəni, dildən savayı Azərbaycan tarixini, mədəniyyətini, bu ölkənin iqtisadiyyatını öyrənə bilən bir nəfər belə yoxdur".

"Bizdə hələ də "Azərbaycanşünaslıq" yoxdur, Azərbaycan istiqamətində siyasətin aparılması üçün elmi və ekspert bazası yoxdur. Moskva vəziyyətdən xəbərdardır və bunu həll etmək lazım olduğunu bilir. Lakin bu zaman məsələsidir", - deyə səfir diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu problemin həm siyasi, həm də informasiya tərkibi var:

"Azərbaycan bizim qonşumuzdur. O bizim tərəfdaşımızdır və başa düşür ki, tarixi nöqteyi-nəzərdən Rusiyasız yaşamaq mümkün deyil. Və biz də öz növbəmizdə, onu bugünkündən daha yaxşı tanımalıyıq.

Yeddi illik fəaliyyətim dövründə mən görürəm ki, vəziyyət nisbətən dəyişir. Rusiya mətbuatında bu ölkə haqqında daha çox material ortaya çıxır.

Azərbaycan daha çox "eşidilməyə" başlayıb. Və əlbəttə ki, bizim azərbaycanlı həmkarlarımız bu istiqamətdə böyük fəallıq nümayiş etdirməyə başlayıblar".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti