Rusiya səfirindən Bakıda yaşayan rusdilli gənclərə ilginc çağırış

14:01 | 03.06.2014
Rusiya səfirindən Bakıda yaşayan rusdilli gənclərə ilginc çağırış

Rusiya səfirindən Bakıda yaşayan rusdilli gənclərə ilginc çağırış

“Dövlət strukturlarında mühüm postlar tutmalısınız” 

Rusiya səfiri Azərbaycanda yaşayan rusdilli gənclərin  ölkənin elm, biznes və dövlət strukturlarında mühüm postları tutmasının çox vacib olduğunu bəyan edib.

Modern.az-ın məlumatına görə,  Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxoin Bakıda yaşayan rus icması ilə keçirilən görüşdə bildirib ki, rusdilli gənclərin elm, biznes və dövlət strukturlarında mühüm postları tutması çox vacibdir: “Bunun üçün Azərbaycan dilini və tarixini bilmək və Azərbaycan cəmiyyətinə tam interqrasiya olunmaq lazımdır”. 

Səfir həmçinin Azərbaycanda yaşayan rus gənclərinin diaspor fəaliyyətində fəal iştirak etməsinin zəruri olduğunu qeyd edib. Doroxinin sözlərinə görə, Rusiya xaricdə yaşayan həmvətənlərə böyük diqqət ayırır və bunula bağlı Hökumət komissiyası yaradılıb. Komisisyaya xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Doroxin əmin edib ki, səfirlik bundan sonra da Azərbaycandakı rus diasporuna dəstək verəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM