Bakıda səfirlik avtomobili qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsində qeydə alınıb. Rusiya Federasiyasının Bakıdakı səfirliyinə məxsus "Hyundai” markalı, 004 D 16 dövlət qeydiyyat nişanlı avtomobil BMW markalı, 10 TL 443 dövlət nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !