• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Rusiya sərhədində qalan vətəndaşlar rəsmi Bakıdan mərhəmət gözləyir

Rusiya sərhədində qalan vətəndaşlar rəsmi Bakıdan mərhəmət gözləyir
29.05.2020 12:27
 Bütün dünyada yayılan koronavirus infeksiyası insanları planlarını dəyişərək ölkələrinə qayıtmağa məcbur edib. Artıq uzun müddətdir Rusiya-Azərbaycan sərhədini keçib, öz vətəninə qayıtmaq istəyən azərbaycanlılar çətin vəziyyətdə qalıb.
 
Aprelin 5-dən sərhədlər tamamilə qapadılıb.
 
Azərbaycan hökumətinin vətəninə qayıdanlar üçün xüsusi sayt yaratmasına baxmayaraq  burda qeydiyyatdan keçən insanar  hələ də öz ölkələrinə qayıda bilmir.  
 
Azərbaycan- Rusiya sərhəddində qalan Gündüz Qasımov adlı vətəndaşımız anews.az-a müsahibəsində bildirib ki, artıq 40 gündür sərhəddə qalıblar. Onlarla heç bir rəsmi qurum maraqlanmır.
 
"Yalnız bir neçə dəfə Dağıstan rəsmiləri səs saldıqları üçün onları təhdid edib. Rəsmilərdən başqa Dağıstanda yaşayan Azərbaycan vətəndaşları mümkün olduğu qədər bizə yardım edib maraqlanırlar. "Evəgedirəm” portalından aprelin 18-i qeydiyyatdan keçməyimizə  baxmayaraq hələ də müraciətimiz barədə bir cavab ala bilməmişik", deyə Qasımov bildirib. 

Gündüz Qasımov onu da qeyd etdi ki, Rusiya – Azərbaycan sərhədində 1 minə yaxın Azərbaycan vətəndaşı qalıb. İnsanlar burda qarajlarda, küçələrdə, moykalarda, ağacların dibində, TIR maşınlarının altında gecələyir. Yemək məsələsinə gəldikdə isə kim nə tapır onu yeyir. Artıq insanaların pulu da bitib. Ən qısa zamanda bu məsələ həllini tapmasa burda qalan insanlar oğurluq etməyə başlayacaq, – deyə o, bildirib.
 
Şikayətçi onu da əlavə etdi ki, mayın 19-da Azərbaycana 120 nəfər qadın və uşaq keçiriblər. Amma hələ də burada uşaqlı qadınlar qalır. Onlara təklif olundu ki, həyat yoldaşları qalmaq şərti ilə keçə bilərlər. Həmin qadınlar da həyat yoldaşını burda tək qoymaq istəmədiyi üçün sərhədi keçməkdən imtina etdi.
 
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, Rusiya Azərbaycan sərhəddindən quru yolla 120 nəfər vətəndaş ölkəyə geri qaytarılıb. Vətəndaşlarımızın geri qaytarılması ilə əlaqədar o cümlədən, "Evəgedirəm”  portalı da daxil olmaqla Rusiya və Azərbaycan tərəfinin aidiyyatı qurumların qarşılıqlı əlaqələndirilməsi çərçivəsində müvafiq tədbirlər görülür. Xüsüsi qrafiq müəyyənləşdirilib. Həmin qrafikə uyğun olaraq vətəndaşların geri qaytarılması həyata keçirilir. İlk öncə isə yaşlılar, xəstələr, sağlamlığında problemi olanlar, azyaşlı uşaqların sərhəddən keçirilməsinə köməklik edilir. Amma ümumillikdə isə  bu istiqamətdə tədbirlər davam etdirilir.

Bir müddət qabaq Azərbaycan prezidentinin  Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, karantin yerlərinin məhdud olması səbəbindən Dağıstanla sərhəddə toplaşan vətəndaşların hamısının ölkəyə  gətirilməsində çətinlik yarandığını bildirmişdi.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, hazırda Azərbaycanda 1139 nəfər karantində saxlanılır.

"Bunlar Rusiyadan, eləcə də, hava nəqliyyatı ilə digər ölkələrdən gələnlərdir.  Həftəlik 200-500 nəfəri karantinə qəbul edə bilirik. Nəzərə almaq lazımdır ki, karantin müəssisələrinə tibb işçilərimiz ezam olunur. Ona görə də bundan artıq insanı karantinə ala bilmirik”, deyə Bayramlı bildirib.

Xatırladaq ki, Azərbaycanda aprelin 5-dən tətbiq olunan xüsusi karantin rejiminin müddəti birinci dəfə aprelin 20-dən mayın 4-nə qədər, ikinci dəfə isə mayın 31-nə qədər uzadıldığına görə Rusiyadakı soydaşlarımız sərhədin o biri tərəfində qalmalı olublar.
 
Gülnar Nazimqızı 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol