Bu gün Baltik dənizi hövzəsində NATO ölkələrinin hərbi aviasiyalarının təlim uçuşları başlayır.
Avropa.info xəbər verir ki, hərbi təlimdə Belçika, Almaniya, İspaniya, Polşa Norveç, İsveç, Finlandiya qırıcıları iştirak edir. Təlimlərin əsas düşərgəsi Latviya olacaq. Adaci poliqonunda çoxfunksiyalı təyyarələrin hava hücumları təşkil etməsi sınaqdan çıxarılacaq.
Həmçinin Latviya vertolyotları xilasetmə əməliyyatını imitasiya edəcək.
Qeyd edək ki, Latviyadan əlavə Estoniyada 20 apreldə amerikan hərbçilərinin iştirakı ilə "Tornado” təliminə start verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !