Rusiya qarşıdan gələn il ərzində hipersonik snayper güllələri hazırlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə "Lobaev Arms” şirkətinin təsisçisi və baş konstruktoru Vladislav Lobayev danışıb.
"Biz bu mövzunu yaxından öyrənirik. Düşünürəm ki, müəyyən dövlət dəstəyi hesabına bir il ərzində başlanğıc uçuş sürəti saniyədə 2 min metr olan snayper güllələri yaratmaq olar. Bu artıq səs sürəti deməkdir”, - Lobayev deyib.
Qeyd edək ki, bir çox müasir snayper güllələrinin ilkin uçuş sürəti saniyədə 1200 metrdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !