Rusiya prezidenti Vladimir Putin martın 16-da Şimal donanması və Qərb Hərbi Dairəsi və hava desant qüvvələrinin bir sıra birləşmələrinin tam hərbi hazırlıq vəziyyətinə gətirilməsini göstəriş verib.
Müdafiə naziri Sergei Shoigu hərbi hazırlıqla bağlı təlimlərə 38 min hərbçi, 3 mindən çox hərbi texnika,41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot cəlb edilib.
Rusiya ötən ilin baharından bu yana bir sıra iri hərbi təlimlər keçirib ki, onların bəziləri əvvəlcədən planlaşdırılmayıb.
Onlardan biri bu ilin fevralında ilhaq edilmiş Krımda keçirilib.
Rusiyanın hərbi təlimləri Qərbin narahatlığına səbəb olub.
NATO-nun baş katibi Jens Stoltenberg hesab edir ki, bu cür təlimlər sabitliyi pozur.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !