Rusiya sülhməramlıları QarabağI tərk edəcəkmi? – TƏHLİL

16:25 | 28.09.2023
Rusiya sülhməramlıları QarabağI tərk edəcəkmi? – TƏHLİL

Rusiya sülhməramlıları QarabağI tərk edəcəkmi? – TƏHLİL

Qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Samvel Şahramanyan qondarma rejimin 2024-cü il yanvarın 1-dən buraxılması barədə qərar verib. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. 

Nikol Paşinyan yaxın günlərdə Dağlıq Qarabağda erməni millətindən olan sakinlərin  qalmayacağını bildirib.  Bunu o, sentyabrın 24-də hökumət iclasında verdiyi bəyanatı şərh edərkən deyib.

"Yaxın günlərdə Dağlıq Qarabağda daha erməni qalmayacaq. Ermənilərin Qarabağdan çıxması Bakının apardığı "etnik təmizləmə siyasəti” nəticəsində davam edir”, - o söyləyib.
 
Bəs görəsən, Qarabağın erməni millətindən olan sakinləri bu regionu tərk edəndən sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edəcəklərmi? 

Politoloq Araz Aslanlı vurğulayıb ki, məntiqlə Rusiya sülhməramlılaır bölgəni gələn ilin yanvarında tərk etməlidir.

"44 günlük müharibədə atəşkəs elan ediləndən sonra münaqişənin tam həllinə qədərki mərhələdə onların missiyası var idi. Bu məntiqlə yanvarın 1-dən sonra onlara burada bir iş qalmır. Lakin bilirik ki, bu belə deyil. Təbii ki, Rusiyanın Cənubi Qafqazla bağlı gözləntiləri var. Ümumiyyətlə bütün erməni əhalisi buranı tərk edəcək, yoxsa müəyyən bir qismi burada yaşayacaqmı, regionun gələcəyində Rusiya özünü harada görür kimi suallar hələ cavabsız qalıb.  Burada söhbət yalnız sülhməramlılardan getmir. Ermənistandakı hərbi bazanın gələcəyi nə olacaq? Buna görə, məsələ bir qədər mürəkkəbdir”, - Aslanlı söyləyib.

Rusiya  politoloqu Oleq Kuznetsov bildirir ki, Rusiya sülhməramlılarının Qarabağda olma müddəti üçtərəfli razılaşmaya görə 2025-ci ilə kimi müəyyən olunub, lakin müqavilə iştirakçıları – Ermənistan və Azərbaycan istəsə şərtlər dəyişə bilər.
 
"Rusiya sülhməramlılarının Qarabağda olma müddəti üçtərəfli razılaşmaya götə, 2025 - ci ilə kimi müəyyən olunub. Əlbəttə müqavilə iştirskçıları, yəni Ermənistan və Azərbaycan qərara gəlsə ki sülhməramlılara ehtiyac yoxdur bu şərtlər dəyişdirilə bilər. Amma bu üç ölkə lideri tərəfinfən imzalanmış əlavə razılaşma ilə təsdiqlənməlidir",  -  Kuznesov bildirib. 

Kuznetsov  eyni zamanda qeyd edir ki, bu məsələnin formal hüquqi tərəfidir. 

"Bu ilin sonuna kimi Qarabağda qalmaq istəyən ermənilərin sayı artıq bilinəcək. Gələn il yanvarın 1-dən qalan vətəndaşların Azərbaycan vətəndaşlığına qəbulu prosesi başlayacaq. Proses altı ay çəkəcək. Bundan sonra ancaq gələn ilin yayında Rusiya sülhməramlılarının getməsindən danışmaq olar. Onda onların çıxması nəinki  mümkün, hətta deyərdim labüd olacaq”, - o vurğulayıb.

Sentyabrın 28-də separatçı rejimin "prezindet müşaviri" Davit Babayan da facebook hesabında Azərbaycana təslim olmaq üçün Şuşaya getdiyini açıqlayıb. 
 
Sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları qondarma rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanı Laçında saxlayaraq aidiyatı qurumlara təhvil vermək üçün Bakıya gətirib. 
 
Elə həmin gün  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «DW» nəşrinə açıqlamasında Azərbaycanın heç kimi Qarabağı tərk etməyə məcbur etmədiyini, Qarabağı tərk etməyin sakinlərin şəxsi və fərdi qərarları olduğunu bildirib.

Sentyabrın 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin diqqətdə saxlandığını deyib.

Sentyabrın 19-da  Bakı lokal antiterror tədbirlərinə başladığını elan edib və erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu və ertəsi gün Azərbaycanın Yevlaxda Bakı və Qarabağın erməni əhalisinin nümayəndələrinin "reinteqrasiya məsələlərini müzakirə etmək üçün” görüşü keçirilib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM