Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Moskva Suriyaya hərbi sursat göndərməkdə davam edəcək. Sentyabrın 13-də Rusiya televiziyasına müsahibəsində Lavrov deyib ki, Moskvanın Dəməşqlə "hərbi-texniki əməkdaşlığı”nda məqsəd terrorçuluqla mübarizəni dəstəkləməkdir.
"Hərbi sursat göndərilib, indi də davam edir və davam da edəcək,” Lavrov deyib. O, əlavə edib ki, "həmin sursatı rusiyalı mütəxəssislər müşayiət edir, onlar avadanlığın quraşdırılmasına yardım edir, Suriyalı heyətə təlim keçirlər”.
Vaşinqton xəbərdarlıq edib ki, Rusiyanın Suriyada hərbi iştirakı ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə "qarşıdurma”ya gətirə bilər. Koalisiya İslam Dövlət ekstremist qruplaşmasına hava zərbələri endirir.
ABŞ prezidenti Barack Obama sentyabrın 11-də deyib ki, Rusiyanın Suriya prezidenti Bashar al-Assad-a köməyi "uğursuzluğa məhkumdur”. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !