Rusiya Homs və Hama şəhərləri yaxınlığındakı döyüş zonalarına ağır artilleriya və digər quru qüvvələri yerləşdirir. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland deyib.
Nuland-ın sözlərinə görə, Moskvanın Suriyaya hava kampaniyası gündə 2-4 milyon dollara başa gəlir. Nuland dinc yaşayış məskənlərinin də vurulmasını "mənəviyyatsızlıq” adlandırıb.
Nuland noyabrın 4-də Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində çıxış edib.
ABŞ təhlükəsizlik rəsmiləri və müstəqil ekspertləri noyabrın 4-də Reuters agentliyinə deyiblər ki, hazırda Rusiyanın Suriyada 4 min əsgəri var.
Moskva onillərdir prezident Bashar al-Assad rejiminə hərbi dəstək verir, ancaq qüvvələrinin sayı barədə məlumat açıqlamayıb. Sentyabrın 30-da Suriyaya hava zərbələrinə başlayanda isə, Pentaqonun hesablamalarına görə, bu ölkədə 2 min hərbçisi vardı. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !