Rusiya yaxın iki həftə ərzində Bəşər Əsəd rejiminə S-300 zenit-raket kompleksi göndərəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, bu tədbir Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin qəzaya uğraması ilə bağlıdır.
Şoyqu əlavə edib ki, S-300 kompleksi 250 kilometr məsafədə hava hədəfini yaxalaya və eyni zamanda bir neçə obyekti məhv edə bilər.
O bildirib ki, zenit-raket kompleksləri Əsəd rejimi ordusunun döyüş qabiliyyətini artırmağa imkan verəcək.
"Bu gün vəziyyət dəyişib, ancaq bu, bizim günahımızdan baş verməyib”, - Şoyqu qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Əsəd rejiminə S-300 raket kompleksinin verilməsi üçüncü ölkəyə qarşı yönəlməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !