Rusiya taxıl müqaviləsini 60 gün uzadıb

21:09 | 16.03.2023
Rusiya taxıl müqaviləsini 60 gün uzadıb

Rusiya taxıl müqaviləsini 60 gün uzadıb

 Rusiya taxıl müqaviləsini 60 gün uzadıb. Bu barədə Rusiya mətbuatı yazıb.

Ötən gün Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov telefonla taxıl müqaviləsinin uzadılmasını müzakirə ediblər.
 
Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar taxıl müqaviləsinin 120 gün uzadılması ilə bağlı danışıqların aparıldığını bildirmişdi.

Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, Rusiya ərzaq və gübrələrin tədarükündə irəliləyiş olmadığı üçün taxıl müqaviləsinin 120 gün deyil, cəmi 60 gün uzadılması barədə qərar Moskvada qəbul edilib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM