ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya baş naziri Dmitri Medvedev müavinləri ilə görüşü zamanı deyib.
"Hazırda taxıl ixracına məhdudiyyətlərin tətbiq olunması haqda düşünmək lazımdır. Əlbəttə ki, bu qərar iri ixracatçılarla razılaşdırılmış şəkildə həyata keçirilməlidir”, - deyə o vurğulayıb.
D. Medvedev taxıl emalı məhsulları, taxıl bazarındakı vəziyyəti tənzimləmək üçün çevik addımların atılmasının vacib olduğunu da qeyd edib. Rusiya baş naziri məsələ ilə əlaqədar müavininə xüsusi təkliflər hazırlamaq tapşırığı verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !