İsveç, Finlandiya və Norveç Arktika uğrunda mübarizə üçün hərbi təlimlərə başladı
İsveç, Finlandiya və Norveç hərbi təlimlərə başlayıb. Bu ölkələr Arktika uğrunda mübarizədə tək rəqib Rusiyanı müəyyən və elan edib.
ANS PRESS-in məlumatına görə, İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti bildirib ki, mayın 25-dən iyunun 5-dək bu üç ölkənin şimal rayonlarında "Arctic Challenge Exercise 2015" devizi altında hərbi hava təlimlərinə start verilib. Bu, üç ölkənin əməkdaşlığı çərçivəsində reallaşdırılan ikinci birgə manevrdir. Hava təlimləri dünyada ən böyük hərbi addımlardan biri adlandırılıb. Bura 9 ölkədən 115 təyyarə cəlb ediləcək. Gözlənilir ki, hava məkanında 90 hərbi texnika eyni vaxtda görünəcək.
Bundan əvvəl, 2013-cü ildə üç ölkənin keçirdiyi birgə təlimlərdə Böyük Britaniya və ABŞ hərbçiləri də qatılıb, amma indiki təlimlərə dəvət edilmiş ölkələrin sayı 15-ə çatır. Təlimlərin keçirildiyi yerə ABŞ, Böyük Britaniya, Niderland, İsveçrə, Almaniya və Fransa hərbi bölmələri gələcək.
Xatırladaq ki, iyunun 5-də NATO İsveç sahillərində "Baltops 2015" yeni təliminə başlayır. Dəniz manevrləri iyunun 20-dək davam edəcək və burada 17 ölkə iştirak edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !