Pilotsuz təyyarələr dəniz səviyyəsindən 1500 metr yüksəklikdə uçuşlar həyata keçirəcək.Rusiyanın Ermənistandakı hərbi bazasında pilotsuz təyyarələrin üçgünlük hərbi təlimlərinə start verilib.ANS PRESS xəbər verir ki, bu barədə Rusiya Cənub hərbi dairəsi açıqlama yayıb.Açıqlamada bildirilir ki, təlimlər “Kamxud”, “Alagöz” yüksək dağ təlim-tədris kompleksində keçirilir.Təlimlərdə hərbi qulluqçuların yeni nəsil “Navodçik-2”, “Forpost”, “Orlan-10” və “Zastava” adlı pilotsuz uçan aparatları idarəetmə bacarıqları yoxlanılacaq. Pilotsuz təyyarələr dəniz səviyyəsindən 1500 metr yüksəklikdə uçuşlar həyata keçirəcək.Qeyd edək ki, son vaxtlar Rusiya Cənub hərbi dairəsində tez-tez təlimlər keçirilir. Son 2 ayda bu, artıq 3-cü təlimdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !