Rusiya müdafiə nazirliyi İl-20 təyyarəsinin Suriyada vurulma anını əks etdirən 3D videonu yayıb.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov xronologiyanın radiolokasiya qurğularından əldə olunan məlumatlar əsasında tərtib edildiyini bildirib.
O qeyd edib ki, sentyabrın 17-də Rusiyanın İl-20 təyyarəsi İdlib bölgəsindəki vəziyyətə nəzarəti həyata keçirib. Eyni zamanda dörd F-16 qırıcısından ibarət qrup Suriyaya zərbə endirmək üçün İsraildən havaya qalxıb.
İsrail qırıcıları Suriyanın sənaye obyektlərinə zərbə endirdikdən sonra Rusiya təyyarəsi bazaya dönmək əmrini alıb. Lakin raketlə vurularaq dənizə düşüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !