"Rusiya təyyarəsini vurmaq Türkiyəyə çox baha başa gələcək"

14:31 | 26.11.2015

"Rusiya təyyarəsini vurmaq Türkiyəyə çox baha başa gələcək"

"Türkiyənin Rusiya təyyarəsinə hücumu taktiki bir addımdır. Əminəm ki, bu hadisə Türkiyənin ziyanına olacaq".

Bunu İranın ali lideri Ayətullah Əli Xameneinin hərbi məsələlər üzrə baş müşaviri və köməkçisi Seyyid Yəhya Səfəvi deyib. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verib.

Onun sözlərinə görə, bu hadisədə Türkiyə strateji səhv buraxıb və həqiqətən bu hadisə Türkiyəyə çox baha başa gələcək.

Y.Səfəvi bu gün İsfahan əyalətində "Bəsic" Müqavimət Qüvvələri Təşkilatının 10 min nəfərlik toplantısında çxışında regionda baş verən siyasi və hərbi poresesləri şərh edib: "Regiondakı dağıdıcı müharibələrdə yalnız Suriyada 250 min nəfər öldürülüb, İraq və Suriyadan 9 milyon nəfər öz ev-eşiyindən didərgin düşüb və çox ağır şərtlərdə yaşayırlar”.

O deyib ki, bu ədalətsiz müharibədə iki cəbhə var: "Bir cəbhədə ABŞ, Sionist İsrail rejimi, Səudiyyə Ərəbistanı, Türkiyə və İordaniyadır, digər cəbhədə İran, Rusiya, İraq, Suriya və Livanın Hizbullah təşkilatıdır.”

Xatırladaq ki, noyabrın 25-də Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM