Rusiya Türkiyəyə xəbərdarlıq etdi

10:30 | 05.04.2015
Rusiya Türkiyəyə xəbərdarlıq etdi

Rusiya Türkiyəyə xəbərdarlıq etdi

Rusiya xarici işlər naaziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, Lavrov bildirib ki, Türkiyənin nümayəndə heyəti Ukraynadan ərazisindən Krıma səfər edə bilməz.

"Biz Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdı. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir. Krım respublikasına səfər etmək üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilməlidir", - deyə Sergey Lavrov bildirib.

Nazir onu da bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi Türkiyə tərəfinə çatdırılıb: "Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir".
 
 
ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti