Uzunmüddətli sanksiyadan sonra iki ölkə razılığa gəlib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi qeyri-mövsümi dövrdə Türkiyədən 50 min tona qədər pomidor idxal etməyi təklif edib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç bildirib.
"Nazirliyin təklifi ondan ibarətdir ki, ölkəyə Türkiyədən 50 min tonadək pomidor almağa icazə verilsin.
Bu, ilin sonu və ya növbəti ilin əvvəlində ola bilər. Bir sözlə, mövsüm olmayan vaxtda idxal reallaşdırıla bilər", - deyə A.Dvorkoviç əlavə edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada keçirdikləri son görüş zamanı kənd təsərrüfatı məsələləri, o cümlədən Türkiyədən Rusiyaya pomidor ixracının bərpası da müzakirə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !