Rusiya türkiyəli turistləri geri qaytarır

20:47 | 26.11.2015
Rusiya türkiyəli turistləri geri qaytarır

Rusiya türkiyəli turistləri geri qaytarır

 Rusiyaya məxsus hərbi təyyarənin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulmasından sonra türk turistlərin Rusiyaya getməsində problemlər yaranıb.
 
APA-nın "Hürriyet”ə istinadən xəbərinə görə, ölkələr arasında vizasız rejim olmasına baxmayaraq, artıq 2 gündür, Türkiyə vətəndaşlarının Rusiyaya daxil olmasına icazə verilmir.
 
Türkiyə vətəndaşları hava limanında saatlarla gözlədilir, sənədləri əllərindən alınır, onlara heç bir açıqlama verilmir, şübhəli şəxslər üçün nəzərdə tutulan otaqlarda saxlanılır, sonda Türkiyəyə geri göndərilirlər.
 
Qeyd edək ki, Rusiyaya məxsus "SU 24” qırıcısı ətrafında yaranan insidentdən sonra Rusiya Xarici İşlər Naziri Serqey Lavrov ölkə vətəndaşlarının Türkiyəyə getməməsini tövsiyə edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM