Rusiya Ukrayna aviaşirkətləri üçün öz hava məkanını bağlayır

11:48 | 29.09.2015
Rusiya Ukrayna aviaşirkətləri üçün öz hava məkanını bağlayır

Rusiya Ukrayna aviaşirkətləri üçün öz hava məkanını bağlayır

Rusiya Nəqliyyat Nazirliyi Ukrayna aviasiya şirkətlərinə Rusiya ərazisi üzərindən uçuşları oktyabrın 25-dən qadağan edir, nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik artıq Rosaviasiya şirkətinə öz qərarı barədə Ukrayna aviaşirkətlərinə məlumat vermək xahişi ilə müraciət edib.

Nazirlik bu tədbirin baş nazir Dmitri Medvedevin sərəncamı ilə görüldüyünü açıqlayıb. Rusiya baş naziri Ukrayna avianəqliyyat vasitələrinə qarşı cavab tədbirlərin tətbiq edilməsini Kiyevin Rusiyaya qarşı 16 sentyabr tarixli sanksiyalarından sonra tələb edib.

Rəsmi Kiyev Rusiyaya qarşı sanksiyalarını Rusiya tərəfindən Krımın ilhaq edilməsi və özlərini müstəqil elan etmiş Donetsk və Luhansk "xalq respublikalarını” dəstəklənməsi ilə izah edir.

Ötən həftə Ukrayna hökuməti Rusiyanın, o cümlədən, Aeroflot, Transaero və S7 aviaşirkətlərinin ölkəyə uçuşlarının qadağan edilməsi qərarını elan etmişdi.

Həmçinin Rusiya təyyarələrinə Ukrayna hava məkanı vasitəsilə tranzit uçuşlar qadağan olunub, əgər onlar hərbi xarakterli yük daşıyırlarsa. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM