Rusiya Ukrayna münaqişəsi həll edilməsə, daha riskli şərait yaranacaq - Numan Kurtulmuş

10:38 | 22.02.2024
Rusiya Ukrayna münaqişəsi həll edilməsə, daha riskli şərait yaranacaq - Numan Kurtulmuş

Rusiya Ukrayna münaqişəsi həll edilməsə, daha riskli şərait yaranacaq - Numan Kurtulmuş

Rusiya Ukrayna müharibəsi həllini tapmasa, dünyanı qarşıda daha ağır və riskli vəziyyət gözləyir. Bunu Türkiyə Böyük Milli Məclisinin sədri Numan Kurtulmuş deyib.

"Münaqişələr həllini tapmasa, qarşıda gələn dönəm daha riskli şərait yaradacaq. Rusiya Ukrayna müharibəsi  indiyə qədər 10 min insanın ölümünə səbəb olub. Belə görünür ki, bu müharibə Rusiya ilə qərb arasında baş verir. Bu problem həll olunmasa, qlobal müharibəyə çevrilə bilər. Türkiyə bu prosesdə  üzərinə düşən işləri görüb. Türkiyə dünyada taxıl qiymətlərinin artmasının qarşısını almaqda böyük rol oynayıb" - Kurtulmuş fevralın 22-də Asiya Parlament Assembleyasının (APA) 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Numan Kurtulmuş vurğulayıb ki, hazırda davam edən İsrail Qəza müharibəsində fələstinlilər dünyanın qarşısında məhv edilir.

O bildirib ki, bu münaqişə hələ 1967-ci ildən başlayıb. Bu son 5 ayın savaşı deyil.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM