Müharibənin bu gününə olan məlumatlara görə Rosaviasiya Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşların qadağasını dekabrın 15-dək uzadıb.
"Vedomosti” yazır ki, Rusiya hakimiyyəti G7 ölkələri və Avstraliyanın Rusiya Federasiyasından neft idxalına qiymət tavanı tətbiq etməsinə cavab vermək üçün üç variantı nəzərdən keçirir. Bu, ya məhdudiyyəti dəstəkləyən ölkələrə neft satışına tam qadağa, ya da qiymətlərin yuxarı həddi şərtini özündə əks etdirən müqavilələrə embarqo, ya da Urals-ın Brent-ə satışına maksimum endirimin tətbiq edilməsidir.
Ukrayna mediası Dnepr və Odessada, Kiyevdə isə fövqəladə işıqların kəsilməsi barədə məlumat yayıb.
İtaliyanın müdafiə naziri Krosetto bildirib ki, İtaliya hökuməti ilin sonuna qədər Ukraynaya hərbi yardım, o cümlədən silah göndərməmək qərarına gəlib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !