Rusiya Ukraynada 125 minə yaxın əsgərini itirib

11:25 | 27.01.2023
Rusiya Ukraynada 125 minə yaxın əsgərini itirib

Rusiya Ukraynada 125 minə yaxın əsgərini itirib

Rusiya müharibə nəticəsində Ukraynada 125 minə yaxın əsgər itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook” sosial şəbəkəsində bildirilib.
 
 Məlumata görə, son 24 saat ərzində Ukrayna müdafiəçiləri 850 rus əsgəri öldürülüb. 

2022-ci ilin 24 fevral tarixindən 27 yanvar 2023-cü il tarixədək Rusiyanın şəxsi heyətinin ümumi döyüş itkiləri təqribən 124 min 710 nəfər təşkil edib.

Məhv edilən texnikalardan tanklar - 3182, zirehli döyüş maşınları - 6340, artilleriya sistemləri - 2180, MLRS - 452, hava hücumundan müdafiə sistemləri - 221 , təyyarə-292, vertolyotlar - 283, İHA əməliyyat-taktiki səviyyəsi - 1941, qanadlı raketlər - 796, gəmilər/qayıqlar - 18, avtomobil avadanlığı və tankerlər - 5001 ,xüsusi texnika - 199 ədəd təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM