Rusiya Ukraynadakı səfirini geri çağırdı

12:07 | 24.02.2014
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı səfir Mixail Zurabovu bu ölkədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Moskvaya məsləhətləşmələrə çağırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.Nazirliyin yaydığı məlumatda qeyd olunur: "Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq və mürəkkəb situasiyanın hərtərəfli təhlili üçün Rusiya Federasiyasının Ukraynadakı səfiri M.Y.Zurabovun Moskvaya məsləhətləşmələrə çağırılması barədə qərar qəbul olunub".ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM