Rusiya Ukraynada ötən bazar keçirilən parlament seçkilərinin nəticələrini tanıdığını bəyan edib. musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Sergey Lavrov “çoxsaylı pozuntulara baxmayaraq” seçkilərin baş tutduğunu bəyan edib. “İlkin nəticələr göstərir ki, Ukrayna xalqı səs verib”, - deyə nazir qeyd edib.
“Biz seçkilər hazırlıq mərhələsində özünü göstərmiş bir sıra pozuntuları, çoxsaylı namizədlərə qarşı tətbiq edilmiş məcburi metodları, habelə bəzi digər qüvvələri prosesdən kənarlaşdırmağa yönəlik addımları kənara qoyuruq. Bununla belə, səsvermə baş tutub” - əlavə edib Rusiya XİN başçısı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !