Rusiya İstintaq Komitəsi Ukraynanın müdafiə naziri Valeri Qeletey və silahlı qüvvələrin baş qərətgah rəisi Viktor Mujenkoya cinayət işi açıb.
Avropa.info xəbər verir ki, hər iki yüksək rütbəli dövlət adamı Ukraynadakı müharibənin başlamasında və kütləvi qətillərdə ittiham olunurlar.
Bundan başqa, UKrayna ordusunun 25 -ci korpusunun komandiri Mikasa və adları açıqlanmayan digər yüksək vəzifəli zabitlərə də cinayət işi açılıb. Mikas Donetsk aeroportunda bu ilin 3 iyulundan 5 sentyabrınadək rusdilli hərbici və dinc sakinlərin öldürülməsində ittiham olunur.
Rusiya İstintaq Komitəsinin yaydığı açıqlamaya görə, müdafiə naziri Qeletey və baş qərərgah rəisi Mujenko ayrı-ayrı vaxtlarda rusların yaşadığı Donetsk və Luqanska raket zərbələri endirməklə xeyli sayda insanın həlak olmasına səbəbkardırlar.
Bundan başqa, Rusiya Ukraynanın daxili işlər naziri Arseni Avakova da cinayət işi açdığını bəyan edib.
ANN.Az