Rusiya Ukraynaya aid "Naftoqaz"ı VURUB

14:59 | 17.11.2022
Rusiya Ukraynaya aid

Rusiya Ukraynaya aid "Naftoqaz"ı VURUB

Ruslar Ukraynanın şərqindəki qaz obyektini - "Naftoqaz"ı vurub. BBC agentliyi məlumat verir ki, bu barədə "Naftoqaz Ukrainy” şirkətinin idarə heyətinin sədri Oleksiy Çernışev bildirib.

Sədrin sözlərinə görə cümə axşamı Rusiya Ukraynanın şərqində "Ukrgasdobycha” qaz hasilatı infrastrukturunu kütləvi atəşə tutub.

Bir bir neçə obyekt dağıdılıb, digərlərinə isə müxtəlif dərəcədə ziyan dəyib.

Fövqəladə Hallar Dövlət Xidməti mərmilərdən yaranan yanğını söndürüb.

Şirkətin sədri bildirib ki, Ukrgasdobycha mütəxəssisləri zədələnmiş obyektlərə gəlib və hücumun nəticələrini və miqyasını qiymətləndirir.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb