Rusiya Ukraynaya bu gün 55 raket atıb

17:30 | 26.01.2023
Rusiya Ukraynaya bu gün 55 raket atıb

Rusiya Ukraynaya bu gün 55 raket atıb

Rusiya 26 yanvar tarixində Ukraynaya  55 raket zərbəsi endirib, onlardan 47-si məhv edilib.Bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnı məlumatına görə, endirilən raketıərdən 3-ü əraziyə çatmadan imha edilib.

"Düşmən Qara dənizin akvatoriyasından və Tu-95, Su-35 və MiQ-31K təyyarələrindən Х-101, Х-555, Х-47 "Knijal", "Kalibr", Х-59 raketlərini Ukrayna ərazilərinə atıb. Raketlərdən 20-si paytaxtın səmasında sıradan çıxarılıb. 3 raket isə hədəfə çatmadan özü parçalanıb", - o vurğulayıb.
 
Bu gün Ukraynada ümumilikdə 4 dinc sakin həyatını itirib, 9 nəfər isə yaralanıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb