Rusiya Ukraynaya qaz ixracını dayandırdı

17:19 | 01.07.2015
Rusiya Ukraynaya qaz ixracını dayandırdı

Rusiya Ukraynaya qaz ixracını dayandırdı

Rusiyanın "Qazprom” şirkəti bu gündən etibarən qabaqcadan ödəniş etmədiyi üçün Ukraynaya qaz ixracını dayandırdığını bildirib.

ANN.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller açıqlama verib.

Qeyd edək ki, iyunun 30-da "Naftoqaz Ukrayna" şirkəti Rusiyadan tədarük olunan qazın qiyməti ilə bağlı razılığın əldə olunmaması səbəbindən iyulun 1-dən qonşu ölkədən qaz idxalının dayandıracaqlarını bəyan edib.

Eyni zamanda şirkətdən bildirilib ki, rəsmi Kiyev "müqavilə şərtlərinə uyğun olaraq" Rusiya qazının Avropaya tranzitini həyata keçirəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM