Rusiya Ukraynaya qazın qiymətini ucuzlaşdırıb.
Baş nazir Dimitry Medvedev bildirib ki, Ukraynaya satılan qazın 1000 kub metri 247 dollara salınıb.
O iyunun 29-da Qazpromun sədri Aleksei Miller və Enerji naziri Aleksandr Novikovla görüşdə bildirib ki,dünya bazarlarında enerji daşıyıcılarının qiyməti düşdüyünə görə, qazın qiyməti 40 dollar ucuzlaşdırılacaq.
Medvedev qeyd edib ki, növbəti qiymətlər isə dünya bazarlarında qiymətin dəyişməsindən aşlı olacaq.
Baş nazirin sözlərinə görə, bu Kiyevin xahişi ilə edilib və münasibətlərimizin gərginləşməsinə baxmayaraq, biz tərəfdaşlarımıza kömək etməyə hazırıq. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !