Rusiya və ABŞ nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər- ƏRDOĞAN

15:14 | 17.11.2022
Rusiya və ABŞ nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər- ƏRDOĞAN

Rusiya və ABŞ nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər- ƏRDOĞAN

Rusiya və ABŞ nümayəndələri nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən görüşdə deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, noyabrın 14-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Ankarada görüşüblər. . Onun sözlərinə görə, görüş təhlükəsizlik məsələləri ilə bağlı ölkələr arasında əlaqə saxlamaq məqsədilə keçirilib.

Ərdoğan bildirib ki, Türkiyə kəşfiyyatı ona bildirib ki, hazırda nə ABŞ, nə də Rusiya nüvə silahından istifadə etmək niyyətində deyil.

Noyabrın 16-da G20 sammiti ilə bağlı kommünikedə iştirakçı ölkələr nüvə silahından istifadənin və ya istifadə təhlükəsinin qəbuledilməz olduğunu bildiriblər. Sənəddə vurğulanıb ki, münaqişənin sülh yolu ilə həlli, böhranların həlli üçün səylər, o cümlədən diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM