Bu günlərdə, ingilis dilində yeganə gündəlik Rusiya qəzeti "The Moscow Times"da Avropa Birliyi və Rusiyanın zamanla bir-birindən daha da uzaqlaşması, hətta vaxt ötdükcə vəziyyətin pisləşməsinə dair məqalə dərc olunub. Məqalənin müəllifi Ceyms Niksidir. ANN.Az həmin məqalədən bir hissəni oxucuların diqqətinə təqdim edir:Rusiyanın demək olar ki 80 faiz əhalisi Uraldan qərbdə yaşayır. Avropa – yalnız bazar deyil, bu, bir istiqamətdir.Amma yenə də, boşanma prosesi tam sürətlə gedir. Bunun əlamətləri xeyli müddət ərzində (Ukraynadan əvvəl) görünməyə başladı, amma bu qədər uzağa gedə biləcəyini çox az adam gümanlaya bilərdi. Rusiya özünü Avropanın ümid etdiyi kimi aparmağa başlamadı. Avropanın Avropa Birliyi tərəfindən təklif edilən qaydalara əsaslanan yanaşması, həmçinin bu yanaşmanın Rusiyanın öz nəhəng dövlət statusunu bərpa etməsinə heç bir aidiyyatının olmaması Rusiyanın indiki liderlərini və siyasətçilərini qıcıqlandırır.Bu müddət ərzində Avropa Birliyi vəziyyəti düzəltmək cəhdlərinə təşəbbüs edirdi, amma Avropa Birliyi ilə Rusiya arasında son dörd ildə yüksək səviyyədə keçirilmiş səkkiz sammit arzu olunan nəticələr vermədi. Rusiya Qərbin barışmazlığıyla məyus oldu, çünki Avropa Birliyi ona ümumi yanaşılan ərazidə güzəşt etməkdən imtina edirdi. Avropa Birliyi öz adi şizofreniyasıyla ümid edirdi ki, Vladimir Putinin ürəyinin dərinliklərində balaca bir islahatçı-Qorbaçov gizlənir, amma eyni zamanda məyus olurdu ki, beynəlxaq norma və qaydalara zidd olan dövlətin (Rusiya) lideri ilə danışıqlar masasında əyləşir.
Tərcümə Ramil Rahiboğluwww.chathamhouse.org/expert/comment/15499?dm_i=1TYG,2PMV3,FPCXFX,9W0YD,1ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !