Rusiya və Azərbaycan hava hücumundan vahid müdafiə sistemi yaradır

16:24 | 11.04.2014
Rusiya və Azərbaycan hava hücumundan vahid müdafiə sistemi yaradır

Rusiya və Azərbaycan hava hücumundan vahid müdafiə sistemi yaradır

Rusiya və Azərbaycan hava hücumundan vahid hüdafiə sistemi yaratmağa qərar verib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyasının Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb. Bu barədə qərar MDB ölkələri Baş Qərargah rəislərinin Bakıda keçirilən iclasında verilib. İclas iştirakçıları MDB ölkələri hava hücumuna qarşı vahid müdafiə sistemi yaratmaq haqqında razılaşıblar.Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun sədrliyi ilə keçən iclasda hava hücumuna qarşı müdafiənin inkişafı və radiolokasiya tanımasının vahid sistemi məsələləri müzakirə edilib. Postsovet məkanı üçün ümumi təhlükələrdən xəbərdarlıq etmə sistemini yaratmaq barədə qərar qəbul edilib. Yeni müdafiə sistemi bir çox üstünlüklər əldə olunmasına imkan verəcək. Həmçinin nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını razılaşdırıb. İclasın gedişatında Qərargah rəhbərləri arasında minalardan təmizləmə haqqında razılaşma da əldə olunub. Xatırladaq ki, aprel ayının 8-də Bakıda MDB ölkələri Baş Qərargah rəislərinin iclası keçirilib.İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib. İclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM