Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə olub və belaruslu həmkarı Viktor Xrenin ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında cari mövzularla yanaşı, hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə edilib.
Xrenin və Şoyqu 1997-ci il dekabrın 19-da da Belarus və Rusiya arasında hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsi haqqında sazişə dəyişiklik edilməsi haqqında protokol imzalayıblar.
"Belarusun ABŞ və müttəfiqlərinin düşmənlik kursuna qarşı durmaq əzmi və Rusiya-Belarus Birlik Dövlətinin hərbi təhlükəsizliyini birgə təmin etməyə hazır olması təqdirəlayiqdir. Qərbin görünməmiş təzyiqi altında və müharibə şəraitində Belarusun tərəfdaşlığı vacibdir.
Hazırda iki ölkənin dövlət başçılarının qərarına əsasən, Rusiya və Belarus birgə regional güc hərbi birlik və birləşmələri döyüş koordinasiyası fəaliyyətini həyata keçirir” - rəsmi açıqlamada deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !